Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampı Amerika Birləşmiş Ştatlarının Müstəqilliyinin 250 illiyi münasibətilə təbrik edib.
"ABŞ-ın Müstəqillik Bəyannaməsinin imzalanması təkcə sizin dövlətinizin başlanğıcını qoymaqla kifayətlənməyib, həm də dünya tarixində mühüm bir mərhələyə çevrilib. Həmin dövrdə Rusiya Şimali Amerika müstəmləkəçilərinin Britaniya hakimiyyətindən azadlıq uğrunda mübarizəsini qeyd-şərtsiz dəstəkləyib", - deyə Rusiya Prezidentinin təbrik məktubunda bildirilir.
Putin qeyd edib ki, son iki əsr yarım ərzində iki ölkə arasındakı münasibətlərdə bir çox şanlı səhifələr yazılmışdır.
"Biz iki dünya müharibəsində müttəfiq idik, birlikdə bəşəriyyəti nasizmin dəhşətlərindən azad etdik və sonra müasir dünya nizamının təməlinin qoyulmasında mühüm rol oynadıq. Və bu gün Rusiya və ABŞ, iki ən böyük nüvə gücü olaraq, qlobal miqyasda təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün xüsusi məsuliyyət daşıyırlar", - deyə Kreml lideri qeyd edib.
O, həmçinin əmin olduğunu bildirib ki, Moskva ilə Vaşinqton arasında konstruktiv, bərabərhüquqlu və qarşılıqlı faydalı əlaqələrin qurulması təkcə iki xalqın deyil, həm də bütün beynəlxalq ictimaiyyətin maraqlarından irəli gəlir.