Bu yaxınlarda ABŞ-da maliyyələşdirmə ilə bağlı qərar qəbul edilib. Onlar TRIPP layihəsini, eləcə də digər regional layihələri maliyyələşdirmək üçün bir fond yaradıblar və böyük bir vəsait ayrılıb. Səhv etməmək üçün rəqəmi deməyəcəyəm, amma artıq böyük bir vəsait ayrılıb.
Baş nazir Nikol Paşinyan bunu brifinq zamanı TRIPP layihəsinin həyata keçirilməsinin gedişatına toxunaraq bildirib. Ermənistan tərəfinin işinə toxunan Paşinyan Ermənistanın üzərinə düşən bütün öhdəlikləri yerinə yetirəcəyini açıqlayıb.
“Sənəd tez imzalandı, indi ratifikasiya mərhələsidir, amma biz rəsmiyyətləri gözləməməliyik, mümkün qədər tez irəliləməliyik və bu, ABŞ-ın əhval-ruhiyyəsi və mövqeyidir”, - deyə o bildirib.