Pakistanın Baş naziri Şehbaz Şərif ABŞ-İran sülh müqaviləsinin yekun mətninin razılaşdırıldığını və İslamabadın tərəflərlə növbəti addımlar üzərində işlədiyini bildirib.
"Sülh heç vaxt indiki qədər yaxın olmayıb",- Şərif deyib.
Daha əvvəl ABŞ və İran rəsmiləri Vaşinqton və Tehran arasında anlaşma memorandumunun imzalanmasının yaxın bir neçə gün ərzində baş tuta biləcəyini bildirmişdilər.
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, yekun razılaşmadan sonra memorandum müvafiq ölkələrdə rəqəmsal şəkildə imzalanacaq. Tərəflər bir-birinə qarşı müharibəyə başlamamaq barədə öhdəlik götürəcək və danışıqların ikinci mərhələsi başlayacaq. 60 gün ərzində əsasən İranın nüvə proqramı və ölkəyə qarşı sanksiyaların ləğvi ilə bağlı yekun razılaşma əldə edilməlidir.