Rusiya xarici işlər naziri Sergey Lavrov KTMT ölkələrinin iki ildən çoxdur üzvlük haqqını ödəmədiyinə görə Ermənistana qarşı təşkilatın nizamnaməsinin müvafiq maddəsinin tətbiqini müzakirə etmək barədə razılığa gəldiyini açıqlayıb.
“Ermənistanda seçkilər günü həmkarım Ararat Mirzoyan KTMT haqqında soruşulduqda cavab verib: “Biz sadəcə iştirak etmədiyimiz üçün üzvlük haqqı ödəmirik”.
Bu, tapa biləcəyiniz bir sitatdır. Bu gün biz bu vəziyyətdə nə edəcəyimizi müzakirə etdik. Ermənistanın KTMT büdcəsinə iki il və ya daha çox müddətə borcu var ki, bu da təşkilatın nizamnaməsində nəzərdə tutulub və bu gün biz KTMT nizamnaməsinin müvafiq maddəsinin tətbiqi məsələsini müzakirə etmək barədə razılığa gəldik”, - deyə Lavrov çərşənbə günü Kazanda KTMT Xarici İşlər Nazirləri Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib.