Böyük Britaniyanın Avropa, Şimali Amerika və xarici ərazilər üzrə dövlət naziri Stiven Dautin Nikol Paşinyanı seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.
“Mən Nikol Paşinyanı seçkilərdə qələbəsi münasibətilə təbrik edirəm.
Böyük Britaniya strateji tərəfdaşlığımızı həyata keçirmək, regional sabitliyi gücləndirmək və Avropadakı tərəfdaşlarla daha sıx əlaqələri inkişaf etdirmək üçün Ermənistanın demokratik yolla seçilmiş yeni hökuməti ilə işləməyi səbirsizliklə gözləyir”.