Mixail Qaluzin bildirib ki, Ermənistan bizim müttəfiqimiz və strateji tərəfdaşımız olaraq qalır, ona görə də Ermənistanla tamamilə qanuni problemlərimiz var.
Rusiya xarici işlər nazirinin müavini əlavə edib ki, söhbət Ukraynanı dəstəkləyən və Rusiyaya qarşı düşmənçilik siyasəti yürüdən Avropa İttifaqı ilə yaxınlaşmadan gedir.
"Aİ ilə yaxınlaşmanın özü Ermənistan üçün təkcə siyasi deyil, həm də iqtisadi risklər daşıyır. Ermənistanın böyük bazara, mallar, xidmətlər, kapital və işçi qüvvəsi üçün ortaq bazara çıxışı var. Bütün bunlar Ermənistan Avropa İttifaqına qoşulsa, baş verməyəcək", Qaluzin bildirib.