22 may tarixində Ermənistan Respublikası Parlamentinin sədr müavini Ruben Rubinyan ABŞ-ın Ermənistan Respublikasındakı müvəqqəti işlər vəkili Devid Alleni qəbul edib.
Parlamentdən bildirilir ki, həmsöhbətlər regional inkişafları və sülhün möhkəmləndirilməsinə yönəlmiş səyləri müzakirə ediblər. Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesinə toxunulub.