Emmanuel Makron İlham Əliyevlə telefon danışığı aparıb. Fransa və Azərbaycan prezidentləri ikitərəfli münasibətlər, onların inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar.
Regional və qlobal hadisələrə toxunulub. Emmanuel Makron X səhifəsində Parisin Ermənistan və Azərbaycan arasında sülh prosesinə dəstəyini bir daha təsdiqlədiyini yazıb. Fransa prezidenti bu istiqamətdə davamlı irəliləyişin vacibliyini vurğulayıb.