Rusiya Prezidenti Vladimir Putin 19-20 may tarixlərində Çinə səfər edəcək.
Kreml bildirib ki, prezident Çin lideri Si Cinpinlə iki ölkə arasında münasibətləri, hərtərəfli tərəfdaşlıq və əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edəcək.
Danışıqlardan sonra yüksək səviyyəli birgə bəyanatın və ikitərəfli sənədlərin imzalanması planlaşdırılır. Dövlət başçıları Rusiya və Çin təhsil illərinin açılış mərasimində iştirak edəcəklər.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Çinə səfər etmişdi.