ABŞ Ermənistan və Türkiyə arasında ikitərəfli ticarət məhdudiyyətlərini aradan qaldırmaq barədə açıqlamanı alqışlayır. ABŞ-ın Ermənistandakı səfirliyi bu barədə açıqlama yayıb.
“Bu addım hər iki ölkənin iqtisadi əlaqələri genişləndirmək və Cənubi Qafqaz bölgəsində davamlı sülh və rifahı təşviq etmək öhdəliyini nümayiş etdirir. Ermənistan və Türkiyənin region xalqlarının rifahı naminə əməkdaşlığı gücləndirmək üçün davamlı səyləri təqdirəlayiqdir”, - deyə bəyanatda bildirilir.