Son illərdə Fransa ilə Ermənistan arasında münasibətlər yeni mərhələyə qədəm qoyub. Müdafiə sektorunda da tərəfdaşlıq qurmuşuq. Bu gün imzaladığımız strateji tərəfdaşlıq bu əməkdaşlığı daha da gücləndirir. Fransa Prezidenti Emmanuel Makron bunu birgə sənədlərin imzalanmasından sonra Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə bəyanat zamanı bildirib.
“Son illərdə Ermənistan Silahlı Qüvvələrini daha da modernləşdirmək, suverenliyini gücləndirmək istəmişik və deyə bilərik ki, bu, ikitərəfli münasibətlərimizin vacib sütunudur. Müdafiə Nazirliyi də bu yaxınlarda Müdafiə İnnovasiya Agentliyi ilə bu sahədə yeni istiqamətlər açmağa imkan verəcək müqavilə imzalayıb”, - deyə o bildirib.
Makron xatırladıb ki, iki ölkə arasında mədəni, təhsil, elm, gənclər və digər sahələrdə də əməkdaşlıq mövcuddur.