ABŞ-ın Ermənistandakı səfirliyi Ermənistan və Türkiyə rəsmilərinin Qarsda keçirilən görüşünə istinad edərək, bunun dinc və çiçəklənən Cənubi Qafqazın qurulmasında tarixi bir addım olduğunu qeyd edib.
“Dinc və çiçəklənən Cənubi Qafqazın qurulmasında tarixi bir addım.
Bu gün Ermənistan və Türkiyə rəsmiləri Qarsda Qars-Gümri dəmir yolunun yenidən qurulması ilə bağlı birgə işçi qrupu yaratmaq üçün görüşdülər. Ermənistan və Türkiyə arasında bu əsas əlaqənin bərpası regional nəqliyyat yollarının açılması və regional sabitliyin təmin edilməsində mühüm addımdır. Belə bir əlamətdar inkişafın təməli Prezident Trampın ev sahibliyi etdiyi 8 avqust Vaşinqton sammitində qoyulub.
ABŞ-ın Ermənistandakı səfirliyi Ermənistan və Türkiyə arasında on illərdir bağlı olan iqtisadi və sosial əlaqələrin yenidən açılması istiqamətində atılan bu konkret addımları alqışlayır”, - deyə bəyanatda bildirilir.