Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması çərçivəsində əldə edilən razılaşmalara uyğun olaraq, 28 apreldə Qarsda Gümri-Qars dəmir yolunun bərpası və istifadəyə verilməsi üzrə Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilib. Bu barədə ER Xarici İşlər Nazirliyi məlumat verib.
Tərəflər regionda nəqliyyat kommunikasiyalarının genişləndirilməsi kontekstində Gümri-Qars dəmir yolunun tezliklə istifadəyə verilməsinin vacibliyini vurğulayıblar.