İranın xarici işlər naziri Abbas Əraqçi Sankt-Peterburqa səfə edib.
"İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Rusiya prezidenti Vladimir Putinlə görüşmək və danışıqlar aparmaq üçün bazar ertəsi səhər Sankt-Peterburqa gəlib", - IRNA xəbər verir.
Daha əvvəl İranın Moskvadakı səfiri Kazem Cəlali Əraqçinin Sankt-Peterburqa səfər edəcəyini açıqlamışdı. Diplomatın sözlərinə görə, İran xarici işlər nazirinin səfəri "xarici təhdidlər qarşısında İranın maraqlarını irəli aparmaq" məqsədi daşıyır.