22 apreldə Kiprdə Ermənistan və Kipr arasında ikitərəfli və üçtərəfli müdafiə məsləhətləşmələri keçirilib və bu məsləhətləşmələrdə Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq Departamentinin rəisi Levon Ayvazyanın rəhbərlik etdiyi ER MN nümayəndə heyəti iştirak edib. Bu barədə Ermənistan Respublikası Müdafiə Nazirliyi məlumat verib.
Məsləhətləşmələr zamanı ikitərəfli və üçtərəfli formatlarda əməkdaşlıq prosesi və gələcək vəzifələr müzakirə edilib, regional və beynəlxalq təhlükəsizlik, müdafiə sektorunda həyata keçirilən islahatlar və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər son illərdə əməkdaşlığın inkişafını yüksək qiymətləndiriblər.
Məsləhətləşmələrin nəticəsi olaraq üç ölkənin beynəlxalq hərbi əməkdaşlığa cavabdeh olan bölmələrinin rəhbərləri Ermənistan və Kipr arasında müdafiə sahəsində ikitərəfli və üçtərəfli əməkdaşlıq üzrə illik proqramlar imzalayıblar.