20 apreldə Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonu qəbul edib. Bu barədə Təhlükəsizlik Şurasının ofisi məlumat verib.
Təhlükəsizlik Şurasının katibi xüsusi nümayəndəni məsul vəzifəyə başlaması münasibətilə təbrik edib, ona səmərəli fəaliyyət və yeni uğurlar arzulayıb.
Həmsöhbətlər Ermənistan-NATO münasibətlərinin hazırkı gündəliyini və inkişaf perspektivlərini müzakirə ediblər. Armen Qriqoryan Ermənistan-NATO ikitərəfli münasibətlərinin möhkəmləndirilməsinin müsbət dinamikasını vurğulayıb. Kevin Hamilton isə öz növbəsində Ermənistanın NATO sülhməramlı missiyalarında iştirakı nəticəsində formalaşan əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Görüş zamanı tərəflər regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlər barədə də fikir mübadiləsi aparıblar.