Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa Komissiyasının vitse-prezidenti və Birliyin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kalas ilə görüşüb.
Həmsöhbətlər Ermənistan-AB tərəfdaşlığının strateji gündəliyinin ardıcıl həyata keçirilməsi məsələlərini müzakirə ediblər.
May ayında Yerevanda keçiriləcək Ermənistan-AB sammitinə əsaslı hazırlıq məsələləri ətraflı müzakirə edilib. Ermənistan vətəndaşları üçün konkret nəticələrin təmin edilməsinə yönəlmiş proqramların həyata keçirilməsi barədə razılığa gəlindiyi vurğulanıb.
Ararat Mirzoyan və Kaya Kalas Ermənistan-AB dəyər əsaslı tərəfdaşlığının və strateji gündəliyinin vacib hissəsi olan demokratik dayanıqlığın davamlı olaraq gücləndirilməsinə yönəlmiş təşəbbüsləri müzakirə ediblər. Bu kontekstdə demokratik prosesləri dəstəkləmək üçün mövcud aydın mexanizmlərin davamlılığının və effektivliyinin təmin edilməsi barədə razılığa gəlinib.
ER xarici işlər naziri və Aİ-nin ortaq xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi iqtisadi və nəqliyyat əlaqələrinin, eləcə də enerji sektorunda əməkdaşlığın təşviqi üçün qarşılıqlı faydalı proqramların həyata keçirilməsinin vacibliyini qeyd ediblər.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.