Biz iqtisadi inkişafın tamamilə yeni mərhələsinə qədəm qoyuruq və bu, Ermənistanla Azərbaycan arasında qurulan sülh prosesi ilə bağlıdır və yaxın gələcəkdə böyük hadisələrin baş verəcəyini gözləyirik, onlar əsasən TRIPP layihəsinin başlanması ilə bağlıdır ki, bu da Ermənistan Respublikasını nəhayət blokadadan tamamilə çıxardığı üçün əhəmiyyətlidir. Baş nazir Nikol Paşinyan bunu Ermənistandakı iri işəgötürənlərin nümayəndələri ilə görüş zamanı bildirib.
“Bu gün Ermənistan blokadanı aşdı, çünki bilirsiniz ki, Azərbaycan ərazisindən Ermənistana dəmir yolu yük daşımaları həyata keçirmək mümkündür və bu, həyata keçirilir, amma mən onu da demək istəyirəm ki, aydın siyasi öhdəlik ondan ibarətdir ki, TRIPP layihəsi çərçivəsində Azərbaycanla dəmir yolunu ilk dəfə açana qədər, əlbəttə ki, Gürcüstan ərazisindən dəmir yolu ixracını da həyata keçirmək mümkündür və bu, çox vacibdir.
Demək istəyirəm ki, siyasi razılaşma odur ki, bu dəmir yolu heç vaxt bağlanmayacaq, yəni həm idxal, həm də ixrac üçün etibarlı bir marşrutdur. Amma başa düşdüyüm qədəri ilə, biz hələ də dəmir yolundan xüsusi olaraq ixrac üçün istifadə etmirik, çünki 30 illik logistika zəncirlərinin işlədiyi aydındır, onları dəyişdirmək üçün ilk növbədə etimad lazımdır, insanlar [nəyin] deyildiyini, nə qədər davamlı və etibarlı olduğunu başa düşməlidirlər və ikincisi, logistika zəncirləri dəyişdirilməlidir, çünki yük maşınının məntiqi ilə düşünmək bir şeydir, vaqon məntiqi ilə düşünmək isə başqa şeydir", - deyə o bildirib.