İslamabadda İran və ABŞ nümayəndə heyətləri arasında danışıqlardan əvvəl ABŞ prezidenti yenidən əsas məqsədinin İranın heç vaxt nüvə silahına sahib olmaması olduğunu bildirib.
Donald Tramp həmçinin Hörmüz boğazının yenidən açılmalı olduğunu vurğulayıb. Ağ Evin aparat rəhbəri xəbərdarlıq edib ki, razılaşma əldə olunmazsa, hərbi əməliyyatlar yenidən başlayacaq.
Tramp əlavə edib ki, "İranın heç bir kartı yoxdur".
"The Wall Street Journal" həmçinin yazıb ki, ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır: yaxın gələcəkdə elit 82-ci Hava-Desant Diviziyasından 2000-ə qədər hərbçi və minlərlə dənizçi bölgəyə köçürülə bilər.