Ermənistan ABŞ və İran arasında bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı əldə edilən mühüm qərarı alqışlayır. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün X səhifəsində yazıb.
Baş nazir qeyd edib: "Biz həmçinin Pakistanın da daxil olmaqla, vasitəçilik səylərini yüksək qiymətləndiririk və Yaxın Şərqdə bütün həll olunmamış məsələləri həll etmək və sülhü qorumaq üçün diplomatiyanın üstünlük təşkil etməli olduğuna qəti şəkildə inanırıq".