İranın xarici işlər naziri Abbas Əraqçi özünün X mikrobloqunda Ermənistan hökumətinə və xalqına erməni dilində minnətdarlığını bildirib.
“Ermənistan hökuməti və xalqının İran xalqına iranlıların repatriasiyası və humanitar yardım məsələlərində dəstəyi yüksək qiymətləndirilir.
İran və Ermənistan arasındakı əsrlər boyu davam edən əlaqələr çətin bir anda bir daha öz gücünü göstərdi və bu qardaşlıq addımları İran xalqının yaddaşında qalacaq”, - deyə o yazıb.