Martın 28-də ER Xİ naziri Ararat Mirzoyan Qətər Baş naziri və Xi naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani ilə telefon danışığı aparıb. Bu barədə Xarici İşlər Nazirliyi məlumat verib.
Həmsöhbətlər Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Nazir Mirzoyan vəziyyətin gərginləşməsi və hadisələr nəticəsində baş verən itkilərlə bağlı narahatlığını bildirib. Regional sabitliyin və sülhün vacibliyi və Ermənistanın bu istiqamətdə səylərə prinsipial dəstəyi vurğulanıb.
ER xarici işlər naziri Yaxın Şərqə uçuşların ləğvi səbəbindən Qətərdə qalan Ermənistan vətəndaşları ilə bağlı məsələlərdə göstərilən köməyə görə minnətdarlığını bildirib.
İkitərəfli münasibətlərə toxunan Ermənistan və Qətər xarici işlər nazirləri, xüsusilə iqtisadi komponenti və infrastruktur layihələrini vurğulayaraq, əməkdaşlıq gündəliyini zənginləşdirmək üçün siyasi istəyi qeyd ediblər.