Belarus prezidenti Aleksandr Lukaşenko və Şimali Koreya lideri Kim Çen In iki ölkə arasında dostluq və əməkdaşlıq müqaviləsi imzalayıblar.
Lukaşenko bildirib ki, ölkələr arasında münasibətlər prinsipcə yeni mərhələyə qədəm qoyur.
O bildirib ki, imzalanmış sənəd əməkdaşlığın məqsəd və prinsiplərini aydın şəkildə müəyyən edir.
Kim Çen In öz növbəsində yeni dövlətlərarası müqavilənin gələcəkdə ikitərəfli münasibətlərin sabit inkişafına zəmanət verəcək hüquqi əsas olacağını vurğulayıb.