Volodimir Zelenski bildirib ki, Rusiya yüzlərlə müxtəlif tipli raket və dron istifadə edərək Ukraynaya kütləvi zərbə endirib.
Onun sözlərinə görə, Zaporojye, Xarkov, Poltava, Dnepr və digər ərazilərdə yaşayış binalarına ziyan dəyib. Ölən və yaralananlar var.
Zelenski bir daha ölkənin hava hücumundan müdafiəsinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Rusiya Müdafiə Nazirliyi də bir gecədə 55 Ukrayna dronunun məhv edildiyini bildirib. Hədəflər Kursk, Belqorod, Bryansk, Moskva və digər bölgələr olub, itkilər barədə məlumat yoxdur.