Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə Hökumətin mətbuat xidməti məlumat yayıb.
Həmsöhbətlər ikitərəfli gündəmlə bağlı məsələləri müzakirə ediblər və müzakirəni əlverişli fürsət yarandıqda görüş formatında davam etdirmək barədə razılığa gəliblər.