Məhbuslar, hərbi əsirlərlə bağlı mövqeyimiz eynidir. Bunu xarici işlər naziri Ararat Mirzoyan bildirib.
"Son 4 hərbi əsirinin azad edilməsini alqışlayırıq və əminik ki, qalan bütün saxlanılanların mümkün qədər tez azad edilməsi Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülhü daha da möhkəmləndirəcək.
Hazırda heç bir nəticə yoxdur. Biz işləyirik, bu, gündəliyimizdən çıxarıla bilməz", - deyə o bildirib.