Maskatda Ermənistan və Oman xarici işlər nazirlərinin görüşü baş tutub. Bu barədə ER Xarici İşlər Nazirliyi məlumat verib.
Daha əvvəl Oman Sultanlığının xarici işlər naziri Bədr bin Həməd bin Hamud Əl-Busaidi ilə görüşün planlaşdırıldığını bildirmişdik.
ER-in rezident səfirliyinin rəsmi açılışı Omanın paytaxtı Maskatda keçiriləcək.
Ərəb ölkələrində akkreditə olunmuş səfirlərin toplantısı da planlaşdırılır.