Baş nazirin müavini Mher Qriqoryan Aİ Daxili İşlər və Miqrasiya üzrə Komissarı Maqnus Brunnerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Ermənistan Respublikasının Dİ naziri Arpine Sargsyan və Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri səfir Vasilis Maragos da iştirak ediblər.
Qonaqları salamlayan Baş nazirin müavini Ermənistan-Aİ ikitərəfli əməkdaşlığının genişlənməsini yüksək qiymətləndirib.
“Görüşün əsas mövzusu Aİ viza liberallaşdırılması dialoqu çərçivəsində əldə edilən uğurlar və təsdiq edilmiş fəaliyyət planının həyata keçirilməsi olub. Tərəflər Aİ viza liberallaşdırılması üzrə birgə işi davam etdirməyə hazır olduqlarını bildiriblər.
Görüşdən sonra Ermənistan Respublikasının Dİ naziri və Aİ Daxili İşlər və Miqrasiya üzrə Komissarı bəyanatlar veriblər”, - deyə məlumatda bildirilir.