Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiya vətəndaşlarının İrandan çıxmasını təmin etdiklərinə görə Ermənistan hakimiyyətinə təşəkkür edib.
"Rusiya vətəndaşlarının İrandan öz quru sərhədləri vasitəsilə maneəsiz çıxışının təmin edilməsində göstərdikləri köməyə görə Azərbaycan, Ermənistan və Türkmənistan hakimiyyətlərinə minnətdarıq", - Zaxarova bildirib.
Eyni zamanda, o, yenidən Rusiya vətəndaşlarına İrana səyahət etməkdən çəkinməyi tövsiyə edib.
"Mən artıq həmin respublikada olan Rusiya vətəndaşlarını İranı mümkün qədər tez tərk etməyə və Rusiya diplomatik nümayəndəlikləri ilə əlaqə saxlamağa çağırıram", - Zaxarova bildirib.