Gürcüstanda sənəd imzalama mərasimi keçirilib. Ermənistan və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 15-ci iclasının protokolu imzalanıb.
Sənədi Ermənistanın Baş naziri Nikol Paşinyan və Gürcüstanın Baş naziri İrakli Kobaxidze imzalayıblar, ardınca baş nazirlər bəyanatlar veriblər.