Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyan İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi ilə görüşüb. Nazir bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.
Nazir yazıb: “Görüş zamanı müdafiə sektorunda Ermənistan-İran əməkdaşlığı və regional təhlükəsizliklə bağlı bir sıra məsələləri müzakirə etdik”.