Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ER İqtisadiyyat naziri Gevorq Papoyanın dəvəti ilə Ermənistandadır. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat verib.
Səfər çərçivəsində bu gün ER İqtisadiyyat Nazirliyində iki ölkə nazirlərinin rəsmi görüşü keçirilib.
Ermənistan-Gürcüstan ikitərəfli gündəliyi çərçivəsində tərəflər əməkdaşlığın genişləndirilməsinə yönəlmiş bir sıra prioritetləri müzakirə ediblər, iqtisadi əlaqələrin strateji əhəmiyyətini və qarşılıqlı faydalı inkişafa sadiqliyi vurğulayıblar.
"Əminəm ki, iqtisadi əməkdaşlığımızın mövcud potensialı hələ tam reallaşdırılmayıb və bugünkü görüş xalqlarımızın rifahı naminə səylərimizi birləşdirmək üçün vacib fürsətdir", - deyə Gevorq Papoyan qeyd edib.
Ticarət-iqtisadi münasibətlərin dərinləşdirilməsi, yüklərin maneəsiz tranziti, eləcə də turizm sektorunun inkişafı ilə bağlı məsələlər müzakirə olunub.
Hər iki tərəf işgüzar dairələr arasında birbaşa əlaqələrin aktivləşdirilməsinin, xüsusən də B2B formatında görüşlərin təşviq edilməsinin vacibliyini vurğulanıb.
Görüşün sonunda tərəflər davamlı dialoqun vacibliyini vurğulayaraq ikitərəfli əməkdaşlığı daha da dərinləşdirmək istəklərini bir daha təsdiqləyiblər.