17-18 fevral tarixlərində Cenevrədə Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin üçtərəfli görüşündən əvvəl Donald Tramp Kiyevi mümkün qədər tez danışıqlar masasına oturmağa çağırdı.
Prezident təyyarəsində jurnalistlərə danışan ABŞ prezidenti hər şeyin çox aydın olacağını söylədi.
"Biz ukraynalıların danışıqlar aparmasını istəyirik", - deyə Tramp bildirib.
Məlumdur ki, üç ölkənin nümayəndələri artıq Cenevrəyə yola düşüblər. Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Təhlükəsizlik və Milli Müdafiə Şurasının katibi Rüstəm Umerov rəhbərlik edir. Amerika tərəfini Trampın xüsusi elçiləri Stiv Vitkov və Cared Kuşner təmsil edir.