Ermənistanda “Sülh körpüsü” təşəbbüsü çərçivəsində dəyirmi masa keçirilir və bu tədbirdə Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətlərinin nümayəndələri görüşüblər.
“Armenpress”in məlumatına görə, 14 fevralda keçirilən dəyirmi masa müzakirəsində Ermənistan Respublikası xarici işlər nazirinin müavini Vahan Kostanyan iştirak edib.
Müzakirələr zamanı iştirakçılar 8 avqust 2025-ci ildə Vaşinqton Zirvə görüşündə müəyyən edilmiş sülh gündəliyindən irəli gələn proseslərə və qarşılıqlı anlaşma və etimadın gücləndirilməsində vətəndaş cəmiyyətinin roluna toxunublar.