Rusiya qüvvələri gecə Ukraynaya kütləvi zərbələr endirib. Dneprdə dörd, Odessada isə bir nəfər yaralanıb.
Kiyevdə həm yaşayış, həm də qeyri-yaşayış binalarına raket zərbələri endirilib. Tələfat olmayıb.
Rusiyanın Volqoqrad vilayətində Ukraynaya məxsus pilotsuz təyyarənin parçaları Müdafiə Nazirliyinin obyektinin ərazisinə düşüb və yanğın baş verib. Yaxınlıqdakı Kotluban qəsəbəsinin sakinləri təxliyə edilib. Tambovda da iki nəfər yaralanıb.