ABŞ Prezidenti Donald Tramp İsrailin Qərb Şəriyə üzərində nəzarəti genişləndirməyə yönəlmiş hərəkətlərinə qarşı olduğunu bildirib.
"Mən ilhaqa qarşıyam", Tramp "Axios"a verdiyi müsahibədə əlavə edib ki, "hazırda Qərb Şəriyədən başqa müzakirə ediləcək bir çox başqa mövzu var".
Daha əvvəl portal ABŞ rəsmilərinə istinadən bildirib ki, Vaşinqton İsrail Təhlükəsizlik Kabinetinin Fələstin Muxtariyyətinin nəzarəti altında olan ərazilər də daxil olmaqla, Qərb Şəriyə üzərində nəzarəti əhəmiyyətli dərəcədə genişləndirmək qərarından narahatdır.
Ağ Evin sözçüsü bildirib ki, "Sabit Qərb Şəriyə İsrailin təhlükəsizliyini təmin edir və mövcud administrasiyanın regionda sülhə nail olmaq məqsədinə uyğundur".