ABŞ-ın vitse-prezidenti C.D. Vensin Ermənistana tarixi səfəri başa çatdı və bu, Ermənistan-Amerika ikitərəfli əlaqələrinin möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli bir addım oldu. Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin Facebook səhifəsində bildirilib.
“Bu səfərin nəticələri gələcək əməkdaşlıq üçün aydın yol göstərir və ABŞ-da, Cənubi Qafqazda və ondan kənarda sabitliyin, təhlükəsizliyin və rifahın təşviq edilməsinə dair ortaq öhdəliyimizi bir daha təsdiqləyir”, - deyə paylaşımda bildirilir.
Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ-ın vitse-prezidenti Ceyms De Vens “Ermənistan Respublikası hökuməti ilə Amerika Birləşmiş Ştatları hökuməti arasında nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində əməkdaşlıq haqqında saziş” üzrə danışıqların başa çatması ilə bağlı birgə bəyanat imzalayıblar.
“İlk dəfə olaraq biz ermənilərə və yaxşı dostumuz cənab Baş nazirə 11 milyon dollar dəyərində hərbi texnologiyanın - kəşfiyyat və pilotsuz uçuş aparatları texnologiyasının böyük satışını elan edirik”, - Vens bildirib.