Müdafiə Nazirliyinin inzibati kompleksində Ermənistan Respublikası müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Edvard Asryan Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargah rəisi general Anil Çauhan ilə təkbətək görüş keçirib, ardınca geniş tərkibli nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə Ermənistan Respublikası Müdafiə Nazirliyi məlumat verib.
Həmsöhbətlər Ermənistan və Hindistan arasında müdafiə sektorunda mövcud əməkdaşlıq prosesini müzakirə edib, ikitərəfli əməkdaşlıq planı çərçivəsində həyata keçirilən fəaliyyətlərin nəticələrini ümumiləşdiriblər.
Tərəflər həmçinin 2026-cı il üçün planlaşdırılan fəaliyyətlərin effektiv şəkildə həyata keçirilməsi ilə bağlı bir sıra məsələlərə toxunublar. Hər iki tərəf Ermənistan və Hindistanda müxtəlif sahələrdə təhsil, peşəkar təlimlər, məşqlər və hərbi təlimlərin, müxtəlif sahələrdə təcrübə mübadiləsi tədbirlərinin keçirilməsinin vacibliyini vurğulayıblar.
General-leytenant Edvard Asryan ER Silahlı Qüvvələrinin transformasiya istiqamətlərini təqdim edərək, bu prosesdə müdafiə sektorunda Ermənistan-Hindistan əməkdaşlığının vacibliyini vurğulayıb.