Azərbaycan prezidenti və Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos Davosda görüşüblər.
Görüşdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin təşviqi ilə bağlı fikir mübadiləsi aparılıb. Enerji, regional nəqliyyat kommunikasiyaları, humanitar minaların təmizlənməsi və digər sahələrdə əməkdaşlıq məsələləri də müzakirə olunub.
Bakının Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə toxunulub.
Marta Kos qeyd edib ki, Aİ Azərbaycanı minaların təmizlənməsi sahəsində, eləcə də Naxicevanda dəmir yolu xəttinin bərpası layihələrində dəstəkləməyə hazırdır. Söhbət zamanı Azərbaycanla Aİ arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.