Ağ Ev ABŞ prezidenti Donald Trampın vəzifəsinin ilk ilində qazandığı nailiyyətləri özündə əks etdirən "365 gündə 365 qələbə" siyahısını dərc edib. Ermənistan və Azərbaycan arasında sülh naminə vasitəçilik siyahıda 143-cü yerdədir və "Dünya səhnəsində Amerika liderliyinin bərpası" bölməsində yer alıb.
Ağ Ev həmçinin ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həllində vasitəçilik səylərini nailiyyətlər siyahısına daxil edib.
Sənəddə deyilir: "Ukrayna və Rusiya arasındakı müharibəni həll etmək üçün ABŞ atəşkəs üçün işlək parametrlər və müharibədən sonrakı bərpa üçün stimullar təmin edən mexanizm yaradıb".
Məlumatlara görə, Qərb liderləri ABŞ administrasiyası tərəfindən hazırlanmış Ukrayna üçün təhlükəsizlik zəmanətləri məsələsində Dünya İqtisadi Forumu çərçivəsində Trampın şəxsi dəstəyini almaq niyyətindədirlər.
İkinci nailiyyət, ölkənin Arktikadakı mövcudluğunu gücləndirmək və bölgədəki geosiyasi təsirini balanslaşdırmaq üçün nəzərdə tutulmuş buzqıran gəmilərin birgə tikintisi ilə bağlı Kanada və Finlandiya ilə imzalanmış müqavilədir.