Kanada Xarici İşlər Nazirliyi vətəndaşlarına "davam edən ölkə miqyaslı etirazlar, regional gərginlik, özbaşına həbslərin yüksək riski və yerli qanunların gözlənilməz tətbiqi" səbəbindən İrana səyahət etməkdən çəkinməyi tövsiyə edib.
Bu arada, İrandakı vətəndaşlara Ermənistan və Türkiyə ilə quru sərhədləri vasitəsilə dərhal ölkəni tərk etmək tövsiyə olunur.
"Kanada pasportu sahiblərinin Türkiyəyə daxil olmaq üçün vizaya ehtiyacı yoxdur. Lakin onlar Ermənistana çatdıqdan sonra viza almalıdırlar", - deyə Kanada Xarici İşlər Nazirliyi bildirib.
Nazirlik əlavə edib ki, İranda konsulluq xidmətləri ciddi şəkildə məhduddur.