Delabrən 28-də İranda başlayan etirazların səbəbləri əvvəlcə sosial-iqtisadi idi. Bu, hökumət üçün məqbul idi, lakin sonradan vəziyyət dəyişdi. Bunu İranın Ermənistandakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirqolami bildirib.
Səfirin sözlərinə görə, onlar Suriyada baş verənləri İranda etməyə çalışıblar.
“Kiçik bir qrup insan dinc etirazları mənimsəməyi və yayındırmağı bacarıb. Silahlı toqquşmalar baş verib. Dövlət obyektləri və insanların əmlakı yandırılıb. Bu, artıq mütəşəkkil cinayətkarlıq idi. Bunlar təlim keçmiş və hazırlanmış terrorçu qruplardır. Onların məqsədi insanların ölməsidir, çünki Tramp bildirmişdi ki, əgər insanlara atəş açılsa və insanlar öldürülsə, ABŞ müdaxilə edəcək.
Bəzi İsrail nümayəndələri, media, eləcə də ABŞ-ın keçmiş dövlət katibi Pompeo Mossad nümayəndələrinin İran küçələrində olduğunu bildiriblər və məlum olub ki, bunlar sadəcə sözlər deyil.
Təəssüf ki, bütün bunların nəticəsində həm polis əməkdaşları, həm də mülki şəxslər öldürülüb, təbii ki, əvvəllər təlim keçmiş və sonra İrana köçürülmüş terrorçu qrupun özünün nümayəndələri də öldürülüb.
9 yanvarda və qismən 10 yanvarda şahidi olduğumuz şey İrana qarşı 12 günlük müharibənin 13-cü günü olub. 12 günlük müharibə zamanı ABŞ və İsrail məqsədlərinə çata bilməyiblər və İranda iğtişaş və qeyri-sabitliyin yaradılması onların planının növbəti addımı hesab olunur.
Hər halda, ötən şənbə gecəsindən bəri İranda vəziyyət nəzarət altındadır və sakitdir", - deyə səfir bildirib.