Ermənistanın ABŞ-dakı səfirliyinin məlumatına görə, səfir Narek Mkrtçyan yanvarın 8-də ABŞ konqresmeni Selest Malloy ilə görüşüb.
Onlar Ermənistan və Yuta ştatı arasında iqtisadi əməkdaşlıq, innovasiya və insanlararası əlaqələr də daxil olmaqla potensial əməkdaşlıq sahələrini müzakirə ediblər.
Tərəflər həmçinin Ermənistan və ABŞ qanunvericilik orqanları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.