İranda etirazlar davam edir. KİV-in məlumatına görə, onlar həm coğrafi, həm də iştirakçıların sayına görə genişlənir. Qeyd olunur ki, nümayişlər paytaxt Tehran və digər iri şəhərlər də daxil olmaqla 280-dən çox şəhəri əhatə edib.
Etiraz olaraq bəzi şəhərlərdə etirazçılar bəzi heykəlləri yıxıb və ali lider Əli Xamenei və Qasım Süleymaninin şəkilləri olan plakatları yandırıblar.
Polislə toqquşma nəticəsində ölən və yaralananların olduğu bildirilir. İran mediasının məlumatına görə, nümayişçilərin bəziləri döyüş və ov silahları ilə silahlanıb; polisə atəş açıblar.