Hələbdə Suriya hökumət qüvvələri ilə kürd qrupları arasında baş verən toqquşmalarda ən azı 12 nəfər həlak olub və on minlərlə insan Suriya ordusunun əvvəllər hərbi zona elan etdiyi kürd məhəllələrini tərk edib. Hökumət qüvvələri əməliyyatların silahlı qrupların hücumlarına cavab olaraq həyata keçirildiyini bildirərək kürd məhəllələrini atəşə tutub.
"Suriya Demokratik Qüvvələri" kürd qrupu hökumət qüvvələrinin sakinləri zorla köçürməyə çalışdığını bildirib.
Toqquşmalar zamanı erməni məhəllələrinə də mərmilər düşüb və maddi ziyan qeydə alınıb.
2025-ci ilin mart ayında Suriyanın şimal-şərqinin böyük hissəsini nəzarətdə saxlayan və on minlərlə döyüşçüsü olan "Suriya Demokratik Qüvvələri" hökumətlə bütün hərbi və mülki strukturlarını dövlət sisteminə inteqrasiya etmək barədə müqavilə imzalayıb.