Donald Trampın sərəncamına əsasən, ABŞ fəaliyyəti iqlim dəyişikliyi, sülh, demokratiya və gender bərabərliyi ilə əlaqəli olan 66 beynəlxalq təşkilatdan çıxacaq.
Bu təşkilatlardan 31-i BMT qurumlarıdır.
Prezident sərəncamında Tramp bu təşkilatların, konvensiyaların və müqavilələrin ABŞ-ın maraqları ilə ziddiyyət təşkil etdiyini bildirib. ABŞ adı çəkilən təşkilatlarda iştirakını dayandıracaq və artıq onları maliyyələşdirməyəcək.