İsrailin baş nazirlik ofisi Fələstinin Həmas qruplaşmasının Qəzzada atəşkəs razılaşmasını pozduğunu, İsrail ordusunun zabitini yaraladığını açıqlayıb.
İsrailin baş nazir ofisindən verilən açıqlamaya görə, hadisə Rəfah şəhərində baş verib. İsrail tərəfi Fələstin qrupunun atəşkəs şərtlərinə tam əməl etməsini və əldə olunmuş razılaşmaları poza biləcək hərəkətlərdən çəkinməsini gözləyir.
Eyni zamanda HƏMAS bir İsrail zabitinin yaralanması ilə nəticələnən partlayışda iştirakını inkar edib. Qrupun yüksək rütbəli nümayəndəsinin sözlərinə görə, Rəfahda baş verənlərə İsrailin əvvəllər yerləşdirdiyi bombaların partlaması səbəb olub.
O əlavə edib ki, Həmas bu barədə atəşkəs vasitəçilərinə məlumat verib və qrupun Qəzzada atəşkəsin qorunmasında və vəziyyətin daha da gərginləşməsinin qarşısını almaqda maraqlı olduğunu vurğulayıb.