Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşüb. Bu barədə səfirlik məlumat yayıb.
Yeni təyin olunmuş səfirlər üçün təşkil olunan tədbir çərçivəsində keçirilən görüşdə səfir Narek Mkrtçyan Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması istiqamətində ardıcıl səylərinə, eləcə də avqustun 8-də Ağ Evdə əldə olunmuş tarixi razılaşmaya və imzalanmış sənədlərə görə ABŞ prezidenti Donald Trampa minnətdarlığını bildirib.
Öz növbəsində ABŞ prezidenti Donald Tramp erməni xalqını təbrik edərək, sonuncunun davamlı sülhə layiq olduğunu vurğulayıb və sülhyönümlü prosesləri qeyd-şərtsiz dəstəklədiyini bir daha təsdiqləyib.
Prezident Tramp həmçinin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın rəhbərliyini və onun qurulmuş sülh prosesində mühüm rolunu xüsusi vurğulayıb.
Prezident Tramp həmçinin yüksək qiymət əlaməti olaraq Ermənistan Respublikasının baş naziri Nikol Paşinyana şəxsən imzaladığı hədiyyə təqdim edib.