Rusiya qüvvələri yenidən Ukraynanın bir sıra bölgələrinə zərbələr endirib. KİV-in məlumatına görə, Rusiyaya məxsus pilotsuz təyyarənin fraqmentlərinin Kiyevə düşməsi nəticəsində 4 mülki şəxs xəsarət alıb. Şəhərin hərbi rəhbərliyi yaralananlar arasında 16 yaşlı yeniyetmənin də olduğunu bildirib.
Bundan əlavə, Rusiya qüvvələri Kiyev bölgəsinə zərbələr endirib, ən azı iki nəfər həlak olub. Rusiyanın Xmelnitski vilayətində də atəş açması nəticəsində bir nəfər həlak olub. Jitomirdə bir uşaq da öldürülüb.
Rusiya Müdafiə Nazirliyi həmçinin bildirib ki, növbətçi hava hücumundan müdafiə sistemləri bir gecədə 29 Ukrayna pilotsuz təyyarəsini məhv edib. Səhər saatlarında daha 15 pilotsuz təyyarə məhv edilib, onlardan 14-ü Belqorod vilayətinin səmasında, 1-i isə Voronejdə olub.