Dekabrın 18-də Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin sədri Brayan Mast ilə görüşüb. Bu barədə səfirlik məlumat yayıb.
Ermənistan-ABŞ strateji əməkdaşlığına dair geniş spektrli məsələlər müzakirə edilib. Tərəflər avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaların icrası prosesinə, onların nəticəsində yeni regional reallıqların formalaşmasına, perspektiv proqramların həyata keçirilməsinə toxunublar.